şənbə, 12 iyul 2025

BİZİM FUTBOL

"Sumqayıt" heyətinə legioner futbolçu transfer edib

16.01.2019 12:38 Oxundu 389

“Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib.

"Sumqayıt"  İranın “Maşinsazi” klubundan Peyman Babayini icarəyə götürüb.

İran mətbuatı 25 yaşlı forvardın iki il “Sumqayıt”da çıxış edəcəyini yazıb. Türkiyənin İstanbul şəhərində keçirilən imza mərasimində “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçu özü iştirak edib. 

Qeyd edək ki, “Traktorsazi”nin yetirməsi olan Babayi bu mövsüm “Maşınsazi”nin heyətində 14 oyuna 2 qol vurub.

Xatırladaq ki, "Sumqayıt" qış fasiləsində Rəşad Əzizli, Adil Nağıyev və Aydın Bayramovu da transfer edib. (qol.az)