şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Kellini: "Ronaldo Çempionlar Liqasının kubokunu Turinə gətirəcək"

16.01.2019 16:10 Oxundu 355

"Yuventus"un təcrübəli müdafiəçisi Ciorcio Kellini mətbuata maraqlı açıqlama verib. Cempion.az xəbər verir ki, Çempionlar Liqasının qalibi olmaqda Ronaldoun komandaya çox xeyir verəcəyini bildirən Kellini: "Ronaldo ilə əvvəllər finalda rəqib olaraq oynamışıq. Vurduğu 2 qolla bizim çempionluq ümidilərimizi öldürmüşdü. Ancaq o, artıq "Yuventus" forması geyinir və inanıram ki, Çempionlar Liqasının kubokunu Turinə gətirəcək. Ronaldo məşqlərdən sonrada əlavə olaraq məşq edir. O, həm meydanda həm də,şəxsi həyatında komandamızın gənc futbolçularına yaxşı örnəkdir" deyib.