şənbə, 12 iyul 2025

DÜNYA FUTBOLU

Millimizin keçmiş baş məşqçisinə vəzifə verilib

17.01.2019 11:41 Oxundu 430


Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun işsiz günləri başa çatıb. Təcrübəli mütəxəssis bundan sonra ölkəsində fəaliyyət göstərəcək.

Belə ki, Foqts Almaniya Futbol Səfirliyində münsiflər heyətinə üzv seçilib. 73 yaşlı mütəxəssis Almaniya Futbol Birliyinin sosial layihələrinə dəstək verəcək. Bir neçə üzvdən ibarət olan qurum bir çox məsələlərdə söz sahibidi.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb. (Matc.az)