bazar, 13 iyul 2025

BİZİM FUTBOL

Millimizin qarşılaşacağı rəqiblər məlum olub

18.01.2019 10:55 Oxundu 475

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yanvarın 19-dan 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, hazırlıq zamanı 4 yoxlama oyunu keçirəcək yığmamız yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq.