cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Neymar "Real Madrid"ə  transferi ilə bağlı xəbərlərə aydınlıq gətirib

21.01.2019 10:01 Oxundu 373

PSJ-nin braziliyalı ulduz futbolçusu Neymar mətbuata açıqlamlar verib. Cempion.az xəbər verir ki, "Real Madrid"ə keçməsi ilə bağlı xəbərlərə münasibət bildirən Neymar: "Hal hazırda dəqiq bir şey yoxdur. Mənim haqqımda hər zaman yalan xəbərlər olur. Belə bir xəbər olduğunda çəkinmədən hər birinizə deyəcəm. Mənə inana bilərsiniz" deyib. Qeyd edək ki, PSJ ilə 2022-ci ilə qədər müqaviləsi olan Neymar bu mövsüm  çıxdığı 22 oyunda 22 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.