bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Zlatan İbrahimoviç : "Mouriniyo Poqbaya güvənmirdi"

21.01.2019 11:05 Oxundu 406

İsveçli ulduz  futbolçu Zlatan İbrahimoviç  Pol Poqba və Joze Mouriniyo haqqında açıqlamalar verib. Cempion.az xəbər verir ki, Poqa və Mouriniyo arasındakı anlaşılmazlıqdan danışan İbrahimoviç: "Bəzi futbolçular var ki, onlar sərbəst olmalıdır. Baş məşqçi həmin oyunçulara meydanda istədiyi azadlığı verməlidir. Poqbada elə futbolçulardandır.  Mouriniyo ona güvənməyib azadlığını əlindən almışdı. Baş məşqçi futbolçusuna inanmırsa  futbolçuya  oynamaq çox çətin olur. Belə olduğu üçün ikisindən biri komandadan ayrılmalı idi. Gedən şəxs Mouriniyo oldu.  İndi Poqbaya istədiyi azadlığı veriblər  və o, da öz oyunundan zövq alır. Oyundan zövq almayanda bacarıqlarını meydanda göstərə bilmirsən" deyib.