21.01.2019 11:42
369


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın son turunda keçirilən oyunun ardında açıqlama verib. Cempion.az xəbər verir ki, turnin cədvəlini dəyərləndirən Qvardiola: " "Liverpul"un yerində olmaq üçün tək bir şansımız var. Bütün oyunlardan 3 xalla ayrılmaq. Ancaq bu elə də asan olmayacaq. Bura Premyer Liqadır və hadisələr fərqli cərəyan edir. Hədəfimizə çatmaq üçün hər oyunu fərqli taktikada oynamalıyıq ki, rəqiblərimizə heç bir şans verməyək" deyib. Qeyd edək ki, "Mançester Siti" 56 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. Lider "Liverpul"un isə 60 xalı var.