bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Futbolçuların olduğu avtobus uçuruma düşüb: 13 ölü​

21.01.2019 12:30 Oxundu 395


Boliviyada içərisində Aregentinanın həvəskar futbol komandasının üzvlərinin olduğu avtobus uçuruma düşüb.
Cempion.az xarici KİV-ə istinadla xəbər verir ki, “Sikles Klub Lavalye” komanda üzvlərinin olduğu avtobusun sürücüsü idarəetməni itirib və dərəyə yuvarlanıb. Avtobus 130 metr yüksəklikdən uçuruma düşüb. İnsident nəticəsində 13 nəfər həlak olub, 20 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Futbol komandasının 4 üzvü ölüb, 6 futbolçu isə hospitala yerləşdirilib.