bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Marselo heyətdən kənarlaşdırılıb

21.01.2019 14:03 Oxundu 562


İspaniyanın “Real Madrid” komandasının 42 yaşlı argentinalı baş məşqçisi Santyaqo Solari braziliyalı müdafiəçi Marselonu əsas heyətdən kənarlaşdırıb.

Buna səbəb 31 yaşlı müdafiəçinin 6 kiloqram artıq çəkiyə malik olmasıdır. Belə ki, futbolçu La Liqanın 20-ci turunda “Sevilya” ilə görüşdə ehtiyat heyətdə yer alıb.

Marselo cari mövsümdə meydana çıxdığı 16 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Real Madrid” hazırda turnir cədvəlində 36 xalla 3-cü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi lider “Barselona”dan 10 xal geridədir. (Azərtac)