şənbə, 12 iyul 2025

DÜNYA FUTBOLU

Poçettino: "Keynin yoxluğunu hiss edtirməyəcəyini düşünürəm"

21.01.2019 16:00 Oxundu 389

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino klubun saytına açıqlamalar verib. Cempion.az xəbər verir ki, zədəli futbolçular haqqında danışan Poçettino: "Bəzi futbolçuların zədələnməsi komandaya təsir edir. Ancaq fikirləşmək lazımdır ki, oynamaq şansı tapan futbolçuların özlərini sübut etməyə imkanları yaranacaq. Harri Keyn və Delli Allinin olmaması komandaya təsir edəcək. Ancaq biz meydana 11 nəfə çıxır və qalibiyyət üçün mübarizə aparırırq.  Fernando Llorente komanda üçün əlindən gələni edir. Keynin yoxluğunu hiss edtirməyəcəyini düşünürəm" deyib.