şənbə, 12 iyul 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"ın futbolçusu "Fənərbağça"ya transfer oluna bilər

21.01.2019 16:26 Oxundu 468

"Qalatasaray"ın futbolçusu Serdar Aziz "Fənərbağça"ya keçə bilər. Cempion.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, Serdar Aziz "Fənərbağça" klubu ilə danışıqlara başlayıb və sarı-lacivərtli kluba transfer olmaq istədiyini deyib. Komandaların rəhbərlikləri arasında razılıq əldə olunacağı təqdirdə Serdar Azizin "Fənərbağça"ya transferi reallaşacaq. Qeyd edək ki, cimbomun baş məşqçisi Fatih Terim bir müddət öncə təcrübəli müdafiəçini komandada görmək istmədiyini bildirmişdi.