şənbə, 12 iyul 2025

BİZİM FUTBOL

“Qəbələ”də yeni baş məşqçi - U-19 komandasında

21.01.2019 16:48 Oxundu 418

“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Famil Xəlilov Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. 2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi.  Yenidən “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib.