22.01.2019 11:08
457

"Sassuolo"nun futbolçusu Kevin-Prins Boatenq "Barselona"ya transfer olunub. Cempion.az xəbər verir ki, qanalı yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında Kataloniya təmsilçisində çıxış edəcək. Qeyd edək ki, Boatenq "Milan", "Şalke", "Herta","Tottenhem", "Borussiya Dortmund" kimi klublarda da çıxış edib. O, bu mövsüm 13 oyuna 4 qol və1 məhsuldar ötürmə ilə yadda qalıb.