22.01.2019 12:27
388

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Hektor Bellerin ciddi zədələnib.
23 yaşlı ispaniyalı futbolçu “Çelsi” ilə matçın 69-cu dəqiqəsində dizindən zədələnərək meydanı xərəkdə tərk edib.
Komandanın baş məşqçisi Unay Emeri oyundan sonra verdiyi açıqlamada müdafiəçinin zədəsinin çox ciddi olduğunu deyib. Klubun həkimləri futbolçunun bu mövsüm meydana çıxmayacağını bildiriblər.
Qeyd edək ki, Bellerin cari mövsümdə “Arsenal”ın heyətində 19 oyunda meydana çıxıb. (Azərtac)