cümə, 09 may 2025

BİZİM FUTBOL

İntizam komitəsi aşağı yaş qruplarında çıxış edən bəzi futbolçuların cəzasını açıqladı

22.01.2019 13:40 Oxundu 424

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Cempion.az AFFA-ya istinadən  xəbər verir ki, iclasda  aşağı yaş qrupları üzrə liqalarda çıxış edən futbolçuların cəzaları müəyyənləşib. U-16 Liqasının “Viləş” (Masallı) – “Keşlə” matçının 27-ci dəqiqəsində “Viləş” klubunun futbolçusu Ramiz Qasımov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
U-16 Liqasının “İsgəmdər Cavadov BFA” – “Qarabağ” matçının 79-cu dəqiqəsində “Qarabağ” klubunun  futbolçusu Fidayə Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Kapital Bank U-14 Liqasının “Qəbələ” – “Səbail” matçının 57-ci dəqiqəsində “Qəbələ” klubunun  futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Elmir Hüseynli  hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
U-12 Liqasının “Həkəri” FK (Qubadlı) – İOEUGİM (Sumqayıt) matçının 47-ci dəqiqəsində İOEUGİM klubunun futbolçusu İbrahim Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
U-13 Qızlar Liqasının “Dinamo” (Balakən) – UGİM (Şəki) matçında UGİM (Şəki) komandasının heyətində yetərsay olmadığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
U-13 Qızlar Liqasının “Qubek” (Balakən) – “Zaqatala” matçında “Zaqatala” komandasının heyətində yetərsay olmadığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
Yüksək Qızlar Liqasının “Fidan” (Bakı) – “Zaqatala” matçının 70-ci dəqiqəsində “Zaqatala” klubunun 6 №-li futbolçusu Hicran Əhmədova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.