23.01.2019 09:21
454


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib. U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.