çərşənbə axşamı, 19 mart 2024

DİGƏR NÖVLƏR

“Australian Open-2019”un yarımfinalçıları məlum olub

23.01.2019 16:03 Oxundu 438


“Australian Open-2019” turnirinin kişilər arasında dörddəbir final mərhələsinin sonuncu görüşü keçirilib. Novak Cokoviç (Serbiya) - Key Nişikori (Yaponiya) qarşılaşması yarımçıq dayandırılıb. Hesab 6:1, 4:1 olarkən yaponiyalı idmançı zədə səbəbindən oyundan çıxıb.

Beləliklə, serbiyalı tennisçi Novak Cokoviç yarımfinala vəsiqə əldə edib. Onun yarımfinaldakı rəqibi fransalı tennisçi Lukas Pouille olacaq. Digər yarımfinal oyununda isə ispaniyalı Rafael Nadal və Yunanıstan təmsilçisi Stefanos Tsıtsipas üz-üzə gələcək. Bu mərhələnin oyunları yanvarın 25-də keçiriləcək.

Ümumi mükafat fondu 44,5 milyon dollar olan “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirə yanvarın 29-da yekun vurulacaq. (Azərtac)