24.01.2019 10:15
579
579

PSJ-nin bazilyalı ulduz futbolçusu Neymar zədələnib. Cempion.az xəbər verir ki, Neymar Fransa kubokunda "Strazburq"la qarşılaşmanın 62-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Neymarın zədəsi haqqında komandanın baş məşqçisi Tomas Tuxel: "Neymar hazırda xəstəxanadadır. Çox narahatam çünki keçən il də "Marsel"lə oyunda eyni ayağından zədə almışdı" deyib. Qeyd edək ki, ötən mövsüm "Marsel"lə oyunda zədələnən Neymar Çempionlar Liqasında "Real Madrid"lə oyunu buraxmalı olmub və uzun müddət yaşıl meydanlardan kənarda qalıb.