şənbə, 12 iyul 2025

BİZİM FUTBOL

Emil Balayev "Səbail"dən ayrılır

24.01.2019 13:34 Oxundu 954


Azərbaycan milli komandasının və “Səbail” klubunun qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşayacaq.

Bir müddət Almaniyada oynayan 24 yaşlı əlcək sahibi indi Qazaxıstan Premyer Liqasında çıxış edəcək. Emil "Tobol"la danışıqları müsbət tamamlayıb. Futbolçu sabah "Səbail"in Antalya toplanışını tərk edəcək və Bakıya qayıdacaq. O, paytaxtda 3 gün qaldıqdan sonra yenidən Türkiyəyə dönəcək və "Tobol"un hazırlığına qatılacaq.

Millimizin üzvü Premyer Liqa təmsilçisi ilə iki illik müqavilə bağlayıb.

Qeyd edək ki, Emil Balayev "Neftçi"nin yetirməsidir. O, 2015-ci ildə Almaniyanın "Ayntraxt" klubuna transfer olsa da, rəsmi debüt edə bilməmişdi. Balayev "Səbail"ə 2017-ci ildə "Qarabağ"dan keçmişdi. (futbol11.az)