şənbə, 12 iyul 2025

DÜNYA FUTBOLU

“Real Madrid” Avropada birincidir

24.01.2019 13:59 Oxundu 543


“Deloitte” analitik şirkəti 2017/2018 mövsümü üçün Avropanın futbol klublarının gəlirlərini açıqlayıb.

Hesabatda ilk yeri İspaniya “Real Madrid”i tutur. 2014/2015 mövsümündən sonra yenidən zirvəyə yüksələn “kral klubu” rekord məbləğdə - 750,9 milyon avro qazanıb. İkinci sıradakı “Barselona” 60,5 milyon avro az pul götürüb.

“Üçlüy”ü 666 milyon avro ilə İngiltərənin “Mançester Yunayted” klubu qapayır.

İlk “20-lik”də yer alan klubların ümumi gəliri də rekord məbləğ – 8,3 milyard avro təşkil edib. (“Report”)