şənbə, 12 iyul 2025

DÜNYA FUTBOLU

"Çelsi" penaltilərlə qalib gəldi - VİDEO

25.01.2019 13:23 Oxundu 591

İngiltərə Liqa kubokunda ikinci finalçının adına da aydınlıq gəlib. Cempion.az xəbər verirki, ikinci yarımfinal qarşıalşmasında "Çelsi" və "Tottenhem" üz-üzə gəlib. Görüşün əsas vaxtı "zadəganlar"ın 2-1 hesablı qələbəsi ilə yekunlaşsa da iki oyunun nəticəsinə görə əlavə vaxta ehtiyac olub. Əlavə vaxtda heç bir komanda fərqlənmədiyindən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən "Çelsi" adını finala yazdırıb. Qeyd edək ki, London təmsilçisinin finaldakı rəqibi "Mançester Siti" komandasıdır.