25.01.2019 14:10
587


Çin millisinin baş məşqçisi komanda ilə yolarını ayırıb. Cempion.az xəbər verir ki, Çin Asiya Kupokunun 1/4 final mərhələsində İrana 3-0 hesabı ilə məğlub olduqdan sonra komandanın italiyalı baş məşqçisi Marçello Lippi millidən ayrıldığını elan edib. Təcrübəli mütəxəssis mətbuat konfransında: "Çin yığması ilə müqavilə müddətim başa çadı. Çin kimi vacib bir ölkənin milli komandasının baş məşqçisi olmaq mənim üçün qürurdur. Komandanın inkişafı üçün əlimdən gələn hər şeyi etdim" deyib. Qeyd edək ki,Lippi 2016-cı ildən Çin kollektivinin başındadır. Komanda bu müddət ərzində 30 oyunda 10 qələbə, 9 heç-heçə və 11 məğlubiyyət üzü görüb/