28.01.2019 12:05
985


"Real Madrid"in futbolçusu Lukas Vaskes mətbuata açıqlama verib. Cempion.az xəbər verir ki, komanda yoldaşı Kərim Benzema və La Liqadakı vəziyyətləri haqqında danışan Vazkez: "Benzema dünyanın ən yaxşı hücumçusudur. Qol vurur, əziyyət çəkir, oyunda komanda yoldaşlarına kömək edir. Onun birlikdə oynamaqdan zövq alıram. Çempionluq yolunda bizə çox xeyri dəyəcək. Çempion olmaq üçün də komanda olaraq liqanın sonuna qədər mübarizə aparacağıq. Hər oyunda qalib gəlib "Barselona"nın xal itirməyini gözləyəcəyik" deyib.