28.01.2019 14:13
482

"İnter"in yarımmüdafiəçisi İvan Perişiç karyerasını İngiltərədə davam etdirəcək. Xorvatiya millisinin üzvü "Arsenal"la anlaşıb.
29 yaşlı hücumameyilli oyunçu londonlularla müqavilənin şərtlərini razılaşdırıb. "Kanonirlər" indi "İnter" rəhbərliyini keçidə razı salmağa çalışır. Əgər transfer baş tutsa, Perişiç cari mövsümün ikinci dövrəsi üçün 3 milyon avro qazanacaq. Gələn mövsümdən isə illik məvacibi 6,6 milyon avro təşkil edəcək.
Qeyd edək ki, İvan Perişiç "İnter"ə 2015-ci ildə "Volfsburq"dan keçib. (matc.az)