28.01.2019 15:08
476

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu “Latsio”ya qarşı ölkə çempionatında növbəti qoluna imza atıb. Portuqaliyalı İtaliya çempionatında 8 səfər oyununda fərqlənən ilk futbolçu olub. Kriştianu İtaliya A Seriyasında 15 qolla bombardirlər siyahısında ikinci yerdə qərarlaşıb. Siyahıya “Sampdoriya” klubunun futbolçusu Fabio Kvalyarella başçılıq edir. Qeyd edək ki, yanvarın 28-də “Yuventus” səfərdə “Latsio” klubunu 2:1 hesabı ilə məğlub edib. “Qoca sinyora” hazırda 59 xalla turnir cədvəlinin lideridir. (Azərtac)