28.01.2019 15:36
441

“Keşlə” növbəti transferini həyata keçirməyə hazırlaşır. Paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Valeri Kutsenko ilə müqavilə bağlayacaq. Klubdan verilən məlumata görə, Antalya toplanışının sonlarına doğru komandaya qoşulan 32 yaşlı futbolçu artıq Bakıdadır. O, mövsümün sonuna kimi “Keşlə”nin formasını geyinəcək. Qeyd edək ki, Kutsenko Azərbaycan futbolu üçün yad sima deyil. Təcrübəli yarımmüdafiəçi 2015-ci ildə elə Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da çıxış edib. Onun son klubu isə Moldova “Sperantsa”sı olub. (Futbolinfo.az)