şənbə, 12 iyul 2025

DÜNYA FUTBOLU

Pedro Enrike keçmiş klubunda

28.01.2019 17:45 Oxundu 484

Mövsümün ilk yarısını icarə əsasında "Astana"da keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a qayıdıb. 
Bu barədə yunan klubunun rəsmi saytı açıqlama yayıb.  Məlumatda braziliyalı futbolçunun 2017-ci ilin yayında - transfer pəncərəsinin son günündə “Qarabağ”a keçməsi və Ağdam klubunun heyətində ən böyük arzularından biri olan Çempionlar Liqasında oynaması, həmçinin onun ÇL-in qrup mərhələsində Azərbaycan təmsilçisinin ilk qolunun (“Roma” ilə oyun – 1:2) müəllifi kimi tarixə düşməsi də qeyd olunub. Xatırladaq ki, Pedronun PAOK-la 2020-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb. (Qol.az)