şənbə, 12 iyul 2025

DÜNYA FUTBOLU

"Şalke" ​"Mançester Siti"nin hücumçusunu heyətinə qatıb

29.01.2019 14:36 Oxundu 460


"Mançester Siti" hücumçusu Rabbi Matondonu "Şalke"yə satıb.19 yaşlı forvard yaxın günlərdə Almaniyaya köçəcək və yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək. Bu keçid almanlara 13 milyon avroya başa gələcək. Tərəflər arasında anlaşmaya əsasən, "şəhərlilər" onu gələcəkdə 30 milyon avro müqabilində qaytarmaq hüququna malik olacaq. Qeyd edək ki, ötən yay "Mançester Siti"də U-18-dən U-23 komandasına yüksələn uelsli Matondo bu mövsüm 11 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. (Matc.az)