29.01.2019 15:43
514

İspaniyanın “Reus” klubu üç il müddətinə peşəkar yarışlara qatılmaq hüququndan məhrum edilib. Buna səbəb İspaniya II Liqa təmsilçisinin futbolçularına borclarını ödəməməsidir. Kataloniya təmsilçisi, həmçinin 250 min avro məbləğində cəzalandırılıb. Qeyd edək ki, “Reus” bu mövsüm İspaniya II Liqasında 21 xalla 20-ci pillədə qərarlaşıb. Komanda aşağı liqaya düşəcək və qalan bütün oyunlarda “Reus”a texniki məğlubiyyət veriləcək. (Azərtac)