29.01.2019 16:28
602


AFFA intizam komitəsinin iclası keçirilib. Cempion.az sizə İntizam Komitəsinin qərarlarını təqdim edir
23 yanvar 2019-cu il, Gənclər Liqasının, “Neftçi” – “Səbail” matçının 10-cu dəqiqəsində “Neftçi” klubunun futbolçusu Fərman Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
23 yanvar 2019-cu il, Gənclər Liqasının, “Sumqayıt” – “Keşlə” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Cavidan Abbaszadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oyunun 82-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Pərviz Azadov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
27 yanvar 2019-cu il, Gənclər Liqasının, “Neftçi” – “Qəbələ” matçının 90+6-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Təbrik İsazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
24 yanvar 2019-cu il, U-16 Liqasının, “Zirə” FK – “Qəbələ” matçının dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Süleyman Damadayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 80+5-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Ülvi Mədətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
24 yanvar 2019-cu il, U-16 Liqasının, “Sabah” – “Gəncə” matçının 47-ci dəqiqəsində “Gəncə” klubunun baş məşqçisi İlham Səmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.
28 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının, “Əhmədli Yunayted” – “Xırdalan City” matçında “Xırdalan City” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
19 yanvar 2019-cu il, U-13 Qızlar Liqasının, ŞKGB – “Angel” matçında ŞKGB komandası iştirak etmədiiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
25 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” MFK – “Araz” matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
25 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” İSK – “Liman” matçının 36-cı dəqiqəsində “Liman” klubunun futbolçusu Haqverdi Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
Oyunun 36-cı dəqiqəsində “Yasamal” İSK klubunun futbolçusu Amil Əlimirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
26 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan kubokunun “Dalğa” – “Rəvan” matçının 36-cı dəqiqəsində “Rəvan” klubunun futbolçusu Xalid Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır .