30.01.2019 10:18
2014


"Çelsi"nin fransalı futbolçusu Olivie Jiru mətbuata maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, transferi haqqında danışan hücumçu: ""Çelsi"yə Hiquain kimi hücumçu gəlib. Ona görə də kubdan ayrılmalıyam. Menecerim gələn təkliflərlə maraqlanır. "Barselona"nın bir hücumçuya ehtiyacı var. O klubda oynamaq hər bir futbolçunun istəyidir. "Marsel" və "Lyon"da çıxış etməyi heç vaxt rədd etməmişəm. Ancaq ilk planım Premyer Liqada qalmaqdır. Ən uyğun təklifi dəyərləndirib qərara verəcəm" deyib.