şənbə, 12 iyul 2025

DÜNYA FUTBOLU

Qvardiola: "Çempionluq şansımız davam edir"

30.01.2019 10:28 Oxundu 483

Premyer Liqanın 24-cü turunda "Nyukasl"a məğlubiyyətin ardından "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola  jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, oyunu və çempionluq şanslarını dəyərləndirən təcrübəli mütəxəssis: "Hərdən oyunda erkən qol vurmaq yaxşıdır, ancaq bəzi məqamlar olur ki, erkən qolun komandaya zərəri olur. Bu matçda da vurduğumuz erkən qol arxayınlaşmağımıza səbəb oldu. Yaxşı oyun sərgiləmədik. Özümüzü inkişaf etdirməliyik. Çempionluq şansımız davam edir. Önümüzdəki oyunlara baxıb yalnız qəlbələr haqqında düşünməliyik" deyib. Qeyd edək ki, son turda "Mançester Siti" 1-2 hesabı ilə "Nyukasla" məğlub olub.