şənbə, 12 iyul 2025

DİGƏR NÖVLƏR

Həbib və Makqreqor yarışlardan uzaqlaşdırıldı

30.01.2019 10:47 Oxundu 500

Həbib Nurməhəmmədov və Konor Makqreqor UFC komisiyası tərəfindən cəzlandırılıblar. Cempion.az xəbər verir ki, komisiyanın qərarına əsasən Həbib Nurməhəmmədov 9 ay müddətinə döyüşlərdən uzaqlaşdırılıb. Əlavə olaraq həbib 500 min dollar cərimə olunub. Konor Makqreqor isə 6 ay müddətinə döyüşlərdə iştirak edə bilməyəcək. Makqreqor 50 min dollar pul cəzsı da ödəməli olacaq. Qeyd edək ki, komisiya hər iki idmançını 2018-ci il oktyabrın 7 keçirilən görüşdən sonra yaşanan hadisələrə görə cəzalandırıb. Həmin görüşdə Həbib Nurməhəmmədov rəqibi Konor Makqreqora nokautla qalib gəlmişdi.