şənbə, 12 iyul 2025

BİZİM FUTBOL

"Traktorsazi"nin yetirməsi "Sumqayıt"a transfer olub

30.01.2019 11:50 Oxundu 490


Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunu heyətinə cəlb edib. Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda əslən azərbaycanlı olan futbolçu Peyman Keşavarzla 6 ay + 1 il sistemi ilə müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi "Sumqayıt" 50 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Təbrizin "Traktorsazi" komandasının yetirməsi olan Peyman Keşavarz həmin şəhərin digər klubları olan "Maşınsazi" və "Gostaresh Foolad" ilə yanaşı "İstiqlal Əhvaz"ın da şərəfini qoruyub.