30.01.2019 12:13
523


"Monako"nun yeni transferi Ses Fabreqas keçmiş komanda yoldaşı və az müddətdə baş məşqçisi olduğu Tieri Anri haqqında danışıb. Cempion.az xəbər verir ki, "Monako"ya keçməsinin əsas səbəbi Anri olduğunu bildirən təcrübəli ispan yarımmüdafiəçi: "Mənim "Monako"ya gəlməyimin əsas səbəbi Anri idi. Mənimlə danışdı və razı saldı. Komandanın lideri olmağımı istəyirdi. O yalnız iki oyun baş məşqçim oldu. Onun komandadan gedişini gözləmirdim. İndi futbol dünyasında olacaq hadisələrə təəccüblənmək lazım deyil" deyib.