çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ"ın rəqibi müəyyənləşdi

15.07.2016 13:58 Oxundu 1963

İyulun 15-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Tədbirdə Fransanın Nitsa şəhərində baş verən terror aktının qurbanlarının xatirəsi yad edilib.

Püşkatma nəticəsində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib. Ağdam təmsilçisi Lüksemburqun “Düdelanj” komandasını yarışdan kənarlaşdırarsa Çexiya çempionu “Viktoriya” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin oyunları iyulun 26-27-də və avqustun 2-3-də keçiriləcək.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cütlükləri belədir:


Çempion komandalar:

"Rusenborq" / "Nörçepinq" (Norveç) – APOEL (Kipr) / TNS (Uels) cütünün qalibi

"Dinamo" Zaqreb (Xorvatiya) / "Vardar" (Makedoniya) – "Dinamo" Tiblisi (Gürcüstan) / "Alaşkert (Ermənistan) cütünün qalibi

"Olimpiakos" (Yunanıstan") – "Şeriff" (Moldova) / "Hapoel" (Beer-Şeva, İsrail)

"Astana" (Qazaxıstan) / "Jalqris" (Litva) – "Seltik" (Şotlandiya) / "Linkoln" (Cəbəllütariq)

"Trençin" / "Olimpiya" (Sloveniya) – "Legiya" (Polşa) / "Zrinski" (Bosniya və Herseqovina)


"Viktoriya" Plzen (Çexiya) – "Qarabağ" (Azərbaycan) / "Düdelanj" (Lüksemburq)

"Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka) / "Kruzaders" (Şimali İrlandiya)

BATE Borisov (Belarus) / SJK (Finlandiya) – "Hafnarfyordur" (İslandiya) / "Dandolk" (İrlıandiya)

"Ludoqorets" (Bolqarıstan) / "Mladost" (Monteneqro) – "Srvena Zvezda" (Serbiya) / "Valetta" (Malta)

"Ferensvaroş" (Macarıstan) / "Partizani" (Albaniya) – "Zalsburq" (Avstriya) / "Liepaya" (Latviya)


Qeyri - çempionlar

"Şaxtyor" (Donetsk, Ukrayna) – "Yanq Boys" (İsveçrə)

"Ayaks" (Hollandiya) – PAOK (Yunanıstan)

"Rostov" (Rusiya) – "Anderlext" (Belçika)

"Fənərbaxça" (Türkiyə) – "Monako" (Fransa)

"Sparta" (Çexiya) – "Styaua" (Rumıniya)