30.01.2019 17:17
571

"Anderlext" heyətinə yeni futbolçu qatmaq üçün "Qalatasaray"la danışıqlara başlayıb. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belçika təmsilçisi "Qalatasaray"ın gənc futbolçusu Yunus Akgünü transfer etmək üçün klubla hər mövzuda razılıq əldə edib. Ancaq futbolçunun meneceri 1 milyon avro komissiya haqqı istədiyi üçün "Anderlext" rəhbərliyi transferin həyata keçməsini istəməyib.