31.01.2019 15:35
494


“Səbail” heyətinə daha bir futbolçu cəlb edib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı qapıçı Oleksandr Rıbka ilə komanda arasında cari mövsümün sonundək müqavilə imzalanıb. Daha əvvəl Ukraynanın “Dinamo” (Kiyev), “Dinamo-2”, “Dinamo-3”, “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Karabükspor”, “Afjet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper müəyyən vaxtlarda Ukrayna milli komandasına da cəlb olunub. 4 dəfə Ukrayna çempionu, 4 dəfə Ukrayna Kubokunun, 1 dəfə Ukrayna Superkubokunun qalibi olan Oleksandr Rıbka 2011-ci ildə ölkəsində “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb.