cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Premyer Liqa təmsilçisi "Atletiko Madrid"in futbolçusu heyətinə qatdı

31.01.2019 16:03 Oxundu 485

Premyer Liqa təmsilçisi "Vulverhempton" mövsümün əvvəlində "Atletiko Madrid"dən icarəyə götürdüyü  Conatan Ottonun sərbəstqalma dəyərini ödəyərək yeni müqavilə imzalayıb. Cempion.az xəbər verir ki, yeni müqaviləyə əsasən Otto 2023-cü ilə qədər "Vulverhempton"un şərəfini qoruyacaq. İngilislər bu transfer üçün "Atletiko Madrid"də 18 milyon avro ödəyəcək.