01.02.2019 16:49
570


AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərin oyunlarına 1 hakimin təyin olunması barədə qərar qəbul edib. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub. Qeyd edək ki, indiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları 2 hakim idarə edirdi.