01.02.2019 17:19
517


İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Hazard Belçika millisində 2018-ci ilin ən yaxşı oyunçusu seçilib. Azarkeşlər arasında keçirilən səsvermə nəticəsində 15 min nəfər “Çelsi”ın hücumçusu Eden Hazarda səs verib. Bu sorğuda ikinci yeri Almaniyanın “Borussiya” komandasının futbolçusu Aksel Vitsel (3 min 800 səs), üçüncü yeri isə İngiltərənin “Mançester Siti” klubunda forma geyinən Kevin De Brüyne (2 min səs) tutub. Qeyd edək ki, Belçika millisi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc mükafatçısıdır. (Azərtac)