cümə, 11 iyul 2025

BİZİM FUTBOL

Azərbaycan millisini Tudor çalışdıracaq?

04.02.2019 13:38 Oxundu 536


Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər arasında göstərilən Slavolyub Musilin işsiz qalıb. Serbiya mətbuatının məlumatına görə, təcrübəli mütəxəssis "Əl-Feyxa" klubundan qovulub.

Buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisinin uğursuz çıxışı göstərilib. Serbiyalı həmkarlarımız Musilinin Azərbaycan yığmasına təyinatının baş tutmayacağını da vurğulayıblar.

Maraqlıdı ki, yerli "HotSport" nəşri AFFA-nın xorvatiyalı İqor Tudorla anlaşdığını iddia edib.

Qeyd edək ki, italiyalı mütəxəssis Anjelo Alessio yığmamızın baş məşqçi postuna əsas namizəddi. O, hətta Bakıya gələrək, AFFA rəsmiləri ilə də bunu müzakirə edib. (Matc.az )