04.02.2019 17:16
555


"Neftçi” ilə oyunda rəqib müdafiəçi Mamadu Mbodjun əlini sıxmayaraq tənqid hədəfinə çevirilən "Qarabağ"ın futbolçusu Mahir Mədətov üzr istəyib.Hücumçu rəqibinə mesaj yazaraq məqsədinin irqçilik olmadığını, sadəcə oyun anında emosiyalardan yaranmış gərginlik səbəbindən əlini sıxmaqdan imtina etdiyini bildirib. Mbodj isə onun üzrünü qəbul edərək ona gələcək karyerasında uğurlar arzulayıb. (Fanat.Az)
