05.02.2019 09:17
541


İngiltərə Premyer Liqasında 25-ci turun son oyunu keçirilib.Turnir cədvəlnin lideri "Liverpul" səfərdə "Vest Hem"in qonağı olub. Cempion.az xəbər verir ki görüş 1-1 hesabı ilə başa çatıb. Oyunda qolları sadio Mane və Maykl Antoni vurublar. Qeyd edək ki, "Liverpul"un ardıcıl 2-ci oyundur ki, xal itirir. "Qırmızılar ötən tur "Lester Siti" ilə görüşdən eyni hesablı bərabərliklə ayrılıb.