05.02.2019 10:40
366

"Napoli" kapitanı Marek Hamşiklə yollarını ayırıb. Slovakiya millisinin yarımmüdafiəçisi karyerasını Çində davam etdirəcək. 32 yaşlı hücumameyilli oyunçu "Dalyan İfan"la anlaşıb. O, yeni komandası ilə 3 illik müqaviləyə qol çəkib. Hamşikin "Dalyan İfan"da illik məvacibi 9 milyon avro təşkil edəcək. "Napoli" isə bu transferdən 15 milyon avro qazanıb. Qeyd edək ki, Marek Hamşik 2007-ci ildən bəri "Napoli"də çıxış edib. Onun yığması Slovakiya AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. (Matc.az)