05.02.2019 11:56
412


İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində "Vest Hem"lə 1-1 hesablı bərabərlikdən sonra "Liverpul"un baş məqşçisi Yurgen Klopp maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, daha çox hakim qərarlarını müzkirə edən Klopp: "Bizim vurduğumuz qol zamanı oyundan kənar vəziyyət var idi. Mütləq hakim dövrə arasında bu səhv qərarını öyrənib ikinci hissəyə çıxmışdı. Ona görə də ikinci hissədə bəzi qərarlar bizim əlehimizə oldu. Düşünürəm ki, hakimin etdiyi səhvlərə görə 1-1 hesabı ədalətli hesabdır" deyib.