cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Manuel Pelleqrini : "Klopp ofsaytdan vurulan qollarla qalib gəlməyə vərdiş edib"

05.02.2019 13:41 Oxundu 547

İngiltərə Premyer Liqasının 25-ci turunda keçirilən "Vest Hem" və "Liverpul" oyununun ardında "Vest Hem"in təcrübəli baş məşqçisi Manuel Pelleqrini maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, "Liverpul"un qolunun oyundan kənar vəziyyətdən vurulduğunu bildirən Pelleqrini: "Yurgen Klopp hakimdən narazılığını bildirir. Düşünüəm ki, bu normal deyil. Çünki Klopp oyundan kənar vəziyyətdən vurulan qollarla qalib gəlməyə vərdiş edib. Mən "Malaqa"nın baş məşqçisi olanda da onun komandasının 7 metr ofsaytdan vurduğu qol bizim mübarizədən kənarda qalmağımıza səbəb oldu. Ona görə də Kloppun nədənsə şikayət etməyə haqqı yoxdur" deyib.