cümə, 11 iyul 2025

DİGƏR NÖVLƏR

Üzmə yarışında yeni dünya rekordu qeydə alınıb

05.02.2019 15:51 Oxundu 1393


Beynəlxalq Su İdmanı Növləri Federasiyası (FINA) yeni dünya rekordunu qeydə alıb. Rusiyalı üzgüçü Kirill Priqoda yeni dünya rekordunun sahibi olub. K.Priqoda ötən il Çinin Hanqcou şəhərində keçirilən dünya çempionatında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medal qazanıb. Rusiyalı üzgüçü bu məsafəni 2 dəqiqə 16 saniyəyə qət edib. Bundan əvvəlki rekord isə almaniyalı Marko Koxa məxsus olub - 2 dəqiqə, 44 saniyə. İyirmi üç yaşlı K.Priqoda dördqat dünya çempionudur.(Azərtac)