cümə, 11 iyul 2025

BİZİM FUTBOL

Millimizin heyəti məlum olub - U 19

05.02.2019 16:58 Oxundu 588

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.  Hazırlıq prosesi çərçivəsində yığmamız fevralın 12-də İspaniyanın, 2 gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək. Cempion.az AFFA-ya istinadən  toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırır.
Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Tural Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı ("Qarabağ"), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı ("Qəbələ"), Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov ("Sabah"), Nail Alışov, Turan Vəlizadə ("Neftçi"), Əkbər Vəliyev ("Keşlə"), Elnur İbrahimov ("Spartak-2"), Maksim Bayramov ("Arminiya"), Murad Mahmudov ("FSV Frankfurt"), Kamran Quliyev ("Jonova",).