cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Joze Mouriniyoya həbs cəzası verilib

05.02.2019 18:02 Oxundu 533

Təcrübəli futbol mütəxəssisi Joze Mouriniyonu İspaniya məhkəməsi cəzalandırıb. Cempion.az xəbər verir ki, portuqaliyalı məşqçi "Real Madrid"in sükanı arxasında olduğu zaman 3.3 milyon avroluq vergidən yayınma etdiyini boynuna alıb. Məhkəmənin qərarına əsasən Mouriniyo 1 il həbs və 2.2 milyon avro pul cəzası alıb. İspaniya qanunlarına görə cəzanın müddəti 2 ildən az olduğu üçün və Mouriniyonun daha əvvəl cinayəti olmadığı üçün o həbsxanaya salınmayacaq.